TƏHSİLDƏ DAHA BİR RÜŞVƏT QALMAQALI – Məktəb direktorunun səs yazısı yayıldı + VİDEO

28.01.2022 - 09:03

Azərbaycanda məktəb direktorunun müəllimdən rüşvət istəməsinə dair səs yazısı yayılıb. Söhbət Ağstafa rayonu Aşağı Kəsəmən tam orta məktəbinin direktoru Mətanət Məmmədovadan gedir.

Səs yazısına əsasən, direktor məktəbin müəllimi Vüsalə Məmmədovadan əlavə dərs saatları müqabilində hər ay ona pul verməsini tələb edir.

V. Məmmədova isə imkanı olmadığını deyərək pulu verə bilməyəcəyini bildirir.

Bundan sonra, direktor həmin müəllimi otaqdan qovur və bu barədə hardasa danışacağı təqdirdə onu cəzalandıracağı ilə hədələyir.

Şikayətçi müəllim Vüsalə Məmmədova Lent.az-a açıqlamasında yayılan səs yazısının ona məxsus olduğunu təsdiqləyib. 

O, bildirib ki, direktor Mətanət Məmmədova özü də daxil olmaqla əksər müəllimlərdən əlavə dərs saatlarına görə 100 manat pul tələb edir.

Şikayətçi məsələ ilə bağlı rayon Təhsil Şöbəsinə və Təhsil Nazirliyinə şikayət etdiklərini bildirib.

İddiaya münasibət bildirmək üçün məktəb direktoru Mətanət Məmmədova ilə əlaqə saxlamaq mümkün olmayıb.

Təhsil Nazirliyi isə bu səs yazısı ilə bağlı araşdırma başladıb: “Görülən tədbirlə bağlı qısa zamanda ictimaiyyətə məlumat veriləcək”.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=169805

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930