Bir sıra heyvanların ovlanması məhdudlaşdırılıb
Azərbaycanda bir sıra heyvanların ovlanması məhdudlaşdırılıb
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.
O bildirib ki, 15 il əvvəl ovlanan heyvanlar arasında boz ayı, kəklik də var idi: “İndi bu heyvanların ovlanması məhdudlaşdırılıb. Hər il müvafiq quşların, heyvanların sayğısı aparılır, nəticədə buna qiymət verilir. Ov aparılan növün sayının azalması müəyyən olunanda onlar ov obyektindən çıxarılır. Sayğılar yaz və payızda aparılacaq, buna uyğun da qərar qəbul ediləcək”.
Short URL: http://www.cumhuriyyet.net/?p=169896