Jurnalist Azər Qismət infarkt KEÇİRDİ
Tanınmış jurnalist, yazıçı Azər Qismətin (Məmmədov) son vəziyyəti açıqlanıb.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva bildirib ki, 49 yaşlı jurnalist ürəyindən əməliyyat olunub.
“Azər Qismət işdə olarkən, özünü narahat hiss edib. Bu zaman həkim briqadası ilə Mərkəzi Klinik Xəstəxanasınına yerləşdirilib. Həkimlər infarkt keçirdiyini bildirib. Ürəyindən əməliyyat olunub. Hazırda vəziyyəti yaxşıdır, xəstəxana şəraitində müalicəsi davam etdirirlir”.
Qeyd edək ki, jurnalistin ürək damarlarında tıxanıqlıq olduğundan stend qoyulub.
Short URL: http://www.cumhuriyyet.net/?p=169988