PREZİDENT POLAD HƏŞİMOVUN QIZI İLƏ DANIŞARKƏN KƏDƏRLƏNDİ – “O, öz şəhadəti ilə…” + VİDEO

03.02.2022 - 12:37

Xəbər verdiyimiz kimi, Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilib. Prezident İlham Əliyev Forumda iştirak edib. Forumda dövlət başçısı gənclərin suallarını da cavablandırıb.

Ölkə rəhbərinə müraciət ünvanlayanlar arasında Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun qızı, Azərbaycan Tibb Universitetinin birinci kurs tələbəsi Aybəniz Həşimova da olub.

“Sizi görmək fürsətindən istifadə edərək, şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğıya görə sizə təşəkkür etmək istəyirəm”, – A.Həşimova qeyd edib.

Milli Qəhrəmanımız müharibədən əvvəl öz canını vətən uğrunda fəda etmişdir. Qəhrəmancasına həlak olmuşdur. Müharibədən əvvəl Qəbələ şəhərində olarkən yoldan keçirdim, bir çox tədbirlər vardı. Gördüm ki, bir binanın üzərində onun portreti asılıb. Mən maşını dayandırdım, gəldim onun portreti önündə Azərbaycan xalqına həm onun haqqında, həm də gələcək haqqında öz sözlərimi dedim”, – Prezident qeyd edib.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=169990

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728