Prezidentin səfərindən sonra İH ağacları çıxardı – Video

03.02.2022 - 12:51

Gəncə şəhərində Prezident İlham Əliyevin səfərindən öncə yola qoyulan ağaclar Prezidentin səfəri bitən kimi yığışdırılıb.

Bu barədə Gəncə sakinlərinin sosial şəbəkələrdə paylaşdıqları video böyük müzakirə yaradıb.

Gəncə şəhər İcra Hakimiyyətindən saytımıza bildirilib ki, həmin ağaclar əraziyə əkilmək üçün gətirilib, amma mütəxəssislər məsləhət bilməyiblər:

“Sözügedən ərazidə torpaq səthinin altı daşlıqdır. Burada həmin ağacların tutma ehtimalı aşağı olduğu nəzərə alınaraq, mütəxəssislərin məsləhəti və nəzarəti altında ağacların başqa əraziyə köçürülməsi təmin edilib. Hazırda həmin ərazidə gül kolları əkilir”.

Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 30-da Gəncə şəhərinə səfər etmişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=169994

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728