AzTV-nin ən stajlı operatoru vəfat etdi

Azərbaycan Dövlət Televiziyasının (AzTV) qocaman operatoru Nəriman Şıxəliyev vəfat edib.
AzTV-nin mətbuat xidmətinin məlumatına görə, Nəriman Şıxəliyev Dövlət Televiziyası yaranan gündən – 1956-cı ildən burada çalışırdı.
Əməkdar mədəniyyət işçisi N.Şıxəliyevin AzTV-dəki iş stajı 66 ilə çatırdı.
Allah rəhmət eləsin!
Short URL: http://www.cumhuriyyet.net/?p=170005