Həkimlərdən YODLA bağlı xəbərdarlıq

05.02.2022 - 12:19

Rusiyalı cərrahlar yodun istifadəsi ilə bağlı xəbərdarlıq ediblər.

 

Cərrahlar yaraların dezinfeksiyası üçün yodun spirtli məhlulundan istifadə etməməyi tövsiyə edirlər. Adətən evdə istifadə etdiyimiz “klassik” yod məhz spirtli məhluldur. Belə yod dərini yandırır, yaranın vəziyyətinin daha da pisləşməsinə səbəb olur.

 

Həkimlər xəbərdarlıq edir ki, yodun spirtli məhlulu yalnız dərin olmayan sıyrıntıların işlənməsi zamanı istifadə oluna bilər. Açıq yaralara belə yodu çəkmək olmaz. Onu yaraya yox, yalnız yara ətrafına (zədələnməmiş dəriyə!) çəkmək olar. Bu açıq yaraya mikrobların düşməsinə mane olur.

 

Mütəxəssislər yaraların dezinfeksiyası üçün müasir yod məhlullarından istifadə etməyi tövsiyə edirlər. Söhbət yodun su məhlullarından gedir. Bu, məsələn, betadin, yodopiron və s. ola bilər.

 

Bu məhlullar açıq yaraların dezinfeksiyası üçün uyğun gəlsə də, selikli qişalarda onlardan istifadə olunmur.

 

Nəzərə almaq lazımdır ki, yodun spirtli və ya sulu məhlulları allergik reaksiyalara səbəb ola bilər və həmçinin bəzi qalxanvari vəzi xəstəlikləri, böyrək çatışmazlığı zamanı onlardan istifadə yolverilməzdir.

Short URL: http://www.cumhuriyyet.net/?p=170158

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728