Videosu yayılan direktorla bağlı araşdırma aparılır – RƏSMİ

07.02.2022 - 11:46

Göygöl rayonunda yerləşən Kəlbəcər rayon 111 nömrəli tam orta məktəbin direktoru Vəfa Əmiraslanovanın kişi müəllimi təhqir etməsini əks etdirən videogörüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

 

Məsələ ilə bağlı  Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Cəsarət Valehov bildirib ki, nazirlik bu barədə araşdırma aparır:

 

“Təhsil Nazirliyi hazırda bu məsələni araşdırır. Araşdırma başa çatanda məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.

 

Qeyd edək ki, Göygöldəki Kəlbəcər rayon 111 nömrəli tam orta məktəbin direktoru Vəfa Əmiraslanova kişi müəllimi təhqir edib. Bu barədə sosial şəbəkələrdə videogörüntü yayılıb. Görüntüdə müəllimlə direktor arasında dərs bölgüsü ilə bağlı mübahisə anı əks olunub.

Belə ki, müəllim direktordan 14 saatlıq dərs vaxtının ondan xəbərsiz azaldılaraq 11-ə endirilməsinin səbəbini soruşub. Xanım direktor səbəbi izah etmək əvəzinə müəllimi biədəb və aşağılayıcı ifadələrlə təhqir edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=170195

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728