Cəzalanan həkimlər var – RƏSMİ

07.02.2022 - 12:23

Mövcud səhiyyə sisteminin bazası üzərində mövcud personal ilə sistem qurmağa çalışırıq.

 

Bunu İcbari Tibbin Sığorta üzərə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov deyib.

 

O bildirib ki, nəzarət sistemləri qurulub və bu sistem tədricən öz nəticəsini verəcək:

 

“Bununla neqativ hallar aradan qalxacaq. Cəzalandırdığımız, işdən çıxarılan həkimlər var. Hazırda yeni sistemin oturmasına ehtiyac var. Yeni sistem performans əsaslı olduğu üçün hər ayın sonunda göstərilmiş xidmətlər yoxlanılır. Bunun nəticəsində həkimlər əməkhaqqı və bonus alır. Bu sistemin oturması bir az zaman alır. Bonusların hesablanmasında bəzi çətinliklər baş verib, gördük ki, rayonlarda qeyri-tibbi personalın işində çətinliklər yaşanır. Buna görə bəzi avtomatlaşdırma işləri həyata keçirilib. Xidmətlərin yoxlanılması daha sürətli həyata keçirilir. Dərman təchizatı ilə bağlı daha böyük işlər görülür”.

 

Qurum rəsmisi qeyd edib ki, yaxın zamanda xəstəxanaların maddi-texniki bazası ilə bağlı böyük işlər görüləcək:

 

“Dərman təchizatı yaxşılacaq. Düşünürəm ki, neqativ hallar ortadan qalxacaq. Neqativ hallar var və onların sıfırlanması zaman istəyir. Vətəndaşlar neqativ hallarla qarşılaşdıqda agentliyin və TƏBİB- in qaynar xətlərinə məlumat versinlər”.

Short URL: http://www.cumhuriyyet.net/?p=170212

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728