DİN salfetdə narkotik olması iddiasını ARAŞDIRIR

09.02.2022 - 10:40

Küçədə uşaqların satdığı salfetin içərisində narkotik vasitələrin olduğuna dair iddialarla bağlı Daxili İşlər Nazirliyi (DİN) tərəfindən araşdırma aparılır.

 

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.

 

E.Hacıyev qeyd edib ki, polis yayılan iddialar barədə məlumatlıdır:

 

“Bu istiqamətdə müvafiq araşdırmalar aparılır. Məsələnin təfərrüatı araşdırmanın nəticəsindən sonra məlum olacaq”.

 

Qeyd edək ki, bir neçə sosial şəbəkə istifadəçisi dilənçi uşaq və qadınlardan salfet almamaqla bağlı çağırış edib:

“Bir vacib məlumat deyim sizə, əsas da maşını olanlara aiddir. Yolda salfet satan uşaqlar və qadınlardan almayın. Pul vermek istəsəniz verin, amma salfeti götürməyin. İçine patı atırlar verirlər sənə. Sən də bilmirsen qoyursan maşına. Yolda polislər qabağını kəsirlər və ilişdirirlər. Artıq 3 nəfəri ilişdiriblər. Əsas da “Memar Əcəmi” tərəfdə ehtiyatlı olun”.

Short URL: http://www.cumhuriyyet.net/?p=170282

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728