Kəmaləddin Heydərov istefa verdi – Yerinə Sahil Babayev seçildi

09.02.2022 - 12:20

Azərbaycan Boks Federasiyasında (ABF) hesabat-seçki konfransı keçirilib.

 

Mərasim Gənclər və İdman Naziriliyinin inzibati binasında baş tutub.

 

Konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin ABF-na namizədliyi irəli sürülüb.

 

Mərasim iştirakçılarının səs çoxluğu ilə S.Babayev federasiyanın yeni prezidenti seçilib. O, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovu əvəzləyib.

 

K.Heydərov 2021-ci il dekabrın 30-da Azərbaycan Taekvondo Federasiyasının prezidenti vəzifəsinə yenidən seçildiyi üçün ikinci federasiyadakı postundan istefa verməli olub.

 

Qeyd edək ki, ABF-yə 2009-cu il yanvarın 23-dən Kəmaləddin Heydərov, daha əvvəl isə Ağacan Abiyev rəhbərlik edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=170291

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728