Anar Məmmədovun yerinə milyarderin oğlu seçildi – YENİLƏNİB

10.02.2022 - 12:30

Bu gün Azərbaycan Qolf Federasiyasında hesabat-seçki konfransı keçirilib.

 

Rauf Xəlilov Federasiyanın yeni prezidenti seçilib.

 

Bundan əlavə, Anar Əzimova federasiyanın vitse-prezidenti vəzifəsi həvalə olunub.

 

Eyni zamanda Qolf Federasiyası İdarə Heyətinə də seçkilər baş tutub. Belə ki, Zakir İbrahimov, Kamran Qasımov, Tural Vəlizadə, Nigar Süleymanova və İlqar Rüstəmov İdarə Heyətinə üzv seçiliblər.

 

“İlk hədəfimiz yığmanı formalaşdırmaq və gəncləri bu idman növünə cəlb etməkdir. Quba şəhərində və Qala kəndində infrastrukturumuz var. Qubadakı qol klubundan inkişafa başlamaq olar. Başqa regionlarda da inkişaf olacaq” – Rauf Xəlilov bu gün keçirdiyi mətbuat konfransında deyib.

 

Məlumata görə, Rauf Xəlilov “İSR” Şirkətlər Qrupunun sahibi, milyarder İsgəndər Xəlilovun oğludur.

 

Xatırladaq ki, Azərbaycan Qolf Federasiyası 2011-ci ildə sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov tərəfindən yaradılmışdı. Lakin Z.Məmmədov nazir postunu tərk etdikdən sonra oğlu da federasiya ilə maraqlanmayıb.  2018-ci ildən federasiyanın ofisinin qapısı bağlanıb və fəaliyyət dayandırılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=170325

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728