Tələbələrin qış tətili uzadılmayacaq – RƏSMİ

11.02.2022 - 11:38

Ötən gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev ölkədə koronavirusa yoluxma statistikasının artması səbəbi ilə tələbələrin qış tətilinin uzadılmasını təklif etmişdi. Deputatın bu təklifi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu.

 

M. Quliyev yeni təhsil sessiyasının başlanmasını “Omicron” ştamı epidemiyasının pik dövrünə təsadüf etdiyindən gələn həftə içərisində yeni alovlanma ilə qarşılanma təhlükəsi olacağını deyib.

 

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, hazırda bu məsələ müzakirə mövzusu deyil.

 

“Hazırda bu məsələ Təhsil Nazirliyində müzakirə olunmur”, – deyə nazirlik rəsmisi bildirib.

 

 

Qeyd edək ki, Səhiyyə naziri Teymur Mustafayev ötən gün keçirdiyi brifinqdə hazırda “Omicron”la bağlı məhdudlaşdırıcı addımların atılmasına zərurət olmadığını diqqətə çatdırmışdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=170367

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728