Müəllimlərin işə qəbulu ilə bağlı YENİLİK

16.02.2022 - 11:35


“Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı dəyişiklik edilib”.

Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov “Müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında yeniliklər” mövzusunda keçirilən onlayn brifinqdə bildirib.

Onun sözlərinə görə, test imtahanı mərhələsində sualların cavablandırılması artıq 90 dəqiqə yox, 120 dəqiqə olacaq:

“İmtahanda yenə də 60 sual təqdim olunacaq, amma onların cavablandırılmasına görə, qiymət fərqli olacaq. Namizədlər əvvəlki kimi 60 yox, 100 bal toplamalı olacaqlar. 40 ixtisas sualı olacaq ki, hər bir fənn üzrə düzgün cavab 2 bal, metodika üzrə 1 bal tətbiq ediləcək”.

O qeyd edib ki, səhv cavablandırılmış 4 testin cavabına görə 1 düzgün cavab silinəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=170700

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728