Azərbaycanda narkomanların sayı ARTIB

22.02.2022 - 11:36

Əvvəlki illərlə müqayisədə narkotik istifadəçilərin sayının artması tendensiyası müşahidə olunur.

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov bildirib.

Onun sözlərinə görə, 2019-cu ildə qeydiyyatda olan narkotik istifadəçilərinin ümumi sayı 32 min 921 nəfər idisə, 2020-ci ildə 33 min 788, ötən il isə bu göstərici 34 min 602 nəfər təşkil edib:

“Azərbaycanda narkomaniya xəstəliyinə düçar olmuş qadınların və yeniyetmələrin sayı kişilərə nisbətən dəfələrlə azdır. Statistikaya nəzər salsaq görərik ki, 2019-cu ildə 641 qadın və 9 yeniyetmə, 2020-ci ildə müvafiq olaraq 618 qadın və 9 yeniyetmə, 2021-ci ildə isə 566 qadın və 14 yeniyetmə qeydiyyata alınıb.
Ötən il 4789 nəfər, o cümlədən 4530 nəfər dispanser, 259 nəfər isə profilaktik qeydiyyatdan çıxarılıb”.

Narkoloq qeyd edib ki, dövlət başçısının 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” təsdiq edilib:

“Eyni zamanda, növbəti 5 illik Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı hazırlanıb.
Plana uyğun olaraq, Respublika Narkoloji Mərkəzi Ədliyyə Nazirliyi Penitensiar xidməti və Daxili İşlər Nazirliyi ilə birgə orta və ali təhsil müəssisələrində, Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində maarifləndirici tədbirlər həyata keçirir. Mütəxəssislərin iştirakı ilə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikası, eyni zamanda sözügedən maddələrin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı, törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar verilir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=170951

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930