“Omicron”la bağlı yeni ARAŞDIRMA

22.02.2022 - 18:25

Cənubi Koreya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (KDCA) COVID-19-un “Omicron” variantı ilə bağlı açıqlama yayıb.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, mərkəz tərəfindən “Omicron”un “Delta” variantından 75 faiz daha az ağır xəstəliyə və ya ölümə səbəb olduğu bildirilib.

KDCA tərəfindən dekabr ayından bəri təxminən 67,200 COVID-19 xəstəsi üzərində araşdırma aparılıb. “Omicron” variantının xəstəliyə səbəb olma və ölüm nisbətinin müvafiq olaraq 0,38 və 0,18 faiz olduğu araşdırmada “Delta” variantının xəstəliyə səbəb olma və ölüm nisbəti 1,4 və 0,7 faiz təşkil edib.

Xatırladaq ki, mərkəz tərəfindən son beş həftədə COVID-19 səbəbi ilə ölən 1073 nəfərin 56 faizinin ya peyvənd edilmədiyinə, ya da yalnız bir doza peyvənd edildiyinə diqqət çəkilib.

Qeyd edək ki, həmçinin, araşdırmada ölənlərin 94 faizinin 60 və daha yuxarı yaşda insanlar olduğu bildirilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=170988

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930