Qadın övliyalar kəramətcə kişi övliyalardan yüksək olublar – 8 marta sözardı

09.03.2022 - 22:46

“Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi, məhəbbət və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır!” “Quran”, 30:21

Bildiyimiz kimi, İslam dini və onun müqəddəs kitabı olan “Qurani-Kərim” qadına böyük dəyər vermişdir. Başqa səmavi kitablardan fərqli olaraq, “Quran”da qadınların adına bir çox surələr vardır. Buna misal olaraq “Qadınlar” (4), “Məryəm” (19), “İmtahana çəkilmiş qadın” (60) surələrini göstərmək olar. Həmçinin, bu müqəddəs kitabın yüzlərlə ayəsində qadınlardan, onların gözəl əxlaqından, kamil imanlarından və Allaha bağlılıqlarından, dualarının Allah dərgahında qəbul olunmasından bəhs olunur:

“Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətini misal çəkdi. Onlar Bizim qullarımızdan iki saleh bəndənin kəbini altında idilər. Onlar ərlərinə xəyanət etdilər və (Nuhla, Lut) onları Allahın əzabından heç vəchlə qurtara bilmədilər. Onlara: “Başqaları ilə birlikdə siz ikiniz də Cəhənnəmə girin” – deyildi”.

“Allah iman gətirənlərə isə, Fironun zövcəsini (Asiyə bint Məzahimi) misal çəkdi. O zaman o: “Ya Rəbbim! Mənim üçün Öz dərgahında – Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən qurtar. Məni zalım qövmdən xilas et!” – demişdi”.

“Allah mömin qadınlara həmçinin namusunu (ismətini) möhkəm qoruyub saxlamış İmranın qızı Məryəmi də misal çəkdi…”. “Qadağan” surəsi, 10-11-ci ayələr.

“Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, (eyiblərdən) təmizləmiş, cəmi aləmlərin (bütün dünyanın) qadınlarından üstün tutmuşdur. Ya Məryəm, öz Rəbbinə itaət et, səcdəyə qapan və rüku edənlərlə birlikdə rüku et!” “İmran ailəsi” surəsi, 42-43.

“İmranın zövcəsinin (Hənnənin): “Ey Rəbbim, bətnimdəkini Sənə xidmətkar (qul) olmaq üçün nəzir edirəm. (Bu nəziri) məndən qəbul et! Əlbəttə, Sən eşidənsən, bilənsən!” – dediyini xatırla!

Onu (bətnindəkini) doğduğu zaman: “Ey Rəbbim! Mən qız doğdum”, – söylədi. Halbuki, Allah onun nə doğduğunu və oğlanın qız kimi olmadığını yaxşı bilirdi. (Hənnə:) “Mən onun adını Məryəm qoydum, onu və onun nəslini Şeytanın şərindən Sənə tapşırıram” (dedi).

Belə olduqda, Rəbbi Məryəmi yaxşı qəbul etdi, onu gözəl bir fidan kimi böyütdü və Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə Məryəmin ibadət etdiyi mehraba girdikdə, onun yanında bir ruzi olduğunu görərdi. Zəkəriyya: “Ya Məryəm, bunlar sənin üçün haradandır?” – dedikdə, o: “Allah tərəfindəndir!” – deyə cavab verərdi. Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər!” “Quran”, “İmran ailəsi” surəsi, 35-37.

Ayədən görünür ki, Rəbbim kişilərlə (kişi peyğəmbərlər, imamlar, övliyalarla) yanaşı, bəzi qadınlara da hikmət (kəramət) bəxş etmişdir. Məryəmin yanında daim Cənnət ruzilərinin olması da onun kəramətini təsdiq edən ayədir.

Və yaxud, “Məryəm” surəsində onun kəramətinə dair başqa fakta rast gəlirik:

“(Qurumuş) xurma ağacını özünə tərəf silkələ, üstünə təzə yetişmiş xurma tökülsün! Ye-iç, gözün aydın olsun!” 19:25-26

Bütün bunlar Məryəmin kəramətinə dəlalət edən, “Quran”da əks olunan faktlardır.

İslam tarixində bir çox kəramətli qadınlar olmuşlar ki, onlardan biri Həzrət Rəbiədir (haqqında bir çox filimlər və kitablar yazılan bu xanım övliya VII əsrdə yaşamışdır). Onunla eyni dövrdə yaşamış Həsən Bəsri arasında baş verən bir əhvalatı oxucuların diqqətinə çatdırmaq istəyirəm.

Bir gün Həsən Bəsri Fərat çayının kənarında oturan Rəbiyyəni görüncə, səccadəsini suyun üzərinə sərib: “Gəl burada iki rükət namaz qılaq” – dedi.

Rəbiyyə: “Ustad, axirət əhlinə dünya bazarından bir nümunəmi göstərmək istəyirsən? O halda onun eləsini göstər ki, insan oğlu bənzərini göstərməkdə aciz qalsın” – deyə cavab verdi.

Rəbiyyə daha sonra səccadəsini havaya sərdi və “Ey Həsən, sən də buraya gəl və insanların gözündən qeyb ol” dedikdən sonra əsas söyləmək istədiyini söylədi:

– Ustad, sənin etdiyini balıqlar, mənim etdiyimi isə, mələklər edər.

Tarixi mənbələrdə yer alan bu faktlar Həzrət Rəbiyyənin kramət sahibi övliyalardan olduğunu təsdiq edir.

Elə Azərbaycanda da öz kəramətləri ilə məhşur olan xanım övliyalar yaşamışlar ki, onlara misal olaraq Həzrət Museyi Kazımın qızları Bibiheybətdə dəfn olunmuş Həzrət Həkimə xanımı, Bilgəhdə ziyarət olunan Həzrət Leyla xanımı, Nardaran pirində yad olunan Həzrət Rəhimə xanımı və s. kəramət sahibi olan xanımları göstərmək olar.

Göründüyü kimi, qadınlardan peyğəmbər seçilməsə də, yuxarıda qeyd etdiyimiz kimi, böyük övliyalar yetişmişlər ki, hətta, kəramət cəhətdən kişi övliyalardan üstün olmuşlar.

Yeri gəlmişkən, 8 mart qadınlar bayramı münasibəti ilə bütün xanımları təbrik edib, onlara övliyalıq məqamına yüksəlmələrini arzulayırm.

Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=171599

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930