Özünü Polad Həşimovun bibisi kimi qələmə verən qadın dələduzluq edərək pul yığır – FOTO

12.03.2022 - 22:28


Özünü şəhid general-mayor Polad Həşimovun bibisi kimi təqdim edən qadın dələduzluq edir.

Bu barədə şəhid generalın bacısı Kəmalə Həşimova özünün sosial media hesabında məlumat verib.

O bildirib ki, Səkinə adlı qadın özünü Polad Həşimovun bibisi kimi təqdim edərək başqa məqsədlər üçün istifadə edir:

“Rəsmdə gördüyünüz bu qadın öz dediyinə görə, əslən Gəncəli olsa da, Bakıda yaşayan Səkinədir. Başqa ziyarətçilər kimi evimizə gəlib rəsm də çəkdirib. Amma bu qadının bizim ailəmiz ilə heç bir qan bağı yoxdur. Hər yerdə “Poladın bibisiyəm” deyərək başqa məqsədlər üçün istifadə edir. Müxtəlif şirkətlərə gedərək yardım istəyir, pul yığır. Çox xahiş edirəm əgər bu adla kiməsə yaxınlaşarsa həddini bildirin. Mənim Fatma adında xanım-xatun bir bibim var. Çox qürurlu və məğrur bir qadındır. Belə dələduzlara fürsət verməyin”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=171702

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031