Nazirlik deputatın iddiasına CAVAB VERDİ

15.03.2022 - 19:15


Bu gün Milli Məclisin iclasında deputat Sabir Rüstəmxanlının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərdiyi 8 məktubun heç birinə cavab verilmədiyi barədə iddiası doğru deyil.

Bu barədə Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, son illlər nazirlik tərəfindən aparılan islahatların bir istiqamətini də vətəndaşlardan və müxtəlif qurumlardan, xüsusilə Milli Məclisdən, deputatlardan daxil olan müraciətlərin operativ araşdırılması və cavablandırılması təşkil edir:

“Millət vəkili S.Rüstəmxanlı keçən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 8 deyil, 2-si əlillik təyinatı, 4-ü məşğulluq məsələləri ilə bağlı olan 6 məktub ünvanlayıb. Həmin məktubların hər biri nazirlik tərəfindən qısa müddət ərzində araşdırılaraq aidiyyəti üzrə cavablandırılıb.

Belə ki, S.Rüstəmxanlının əlilliklə bağlı 04.05.2021, 26.11.2021-ci il tarixli, məşğulluqla bağlı 29.04.2021 (3 məktub), 03.05.2021-ci il tarixli məktubları 05.05.2021 (2 cavab məktubu), 06.05.2021, 07.05.2021, 11.08.2021, 21.12.2021-ci il tarixlərində cavablandırılıb.

Cavabların 3-ü məktublarda qeyd edildiyi kimi aidiyyəti vətəndaşlara, 3-ü isə Milli Məclisə göndərilib.

Ümumilikdə isə 2021-ci il ərzində Milli Məclisdən Nazirliyə 6367 məktub daxil olub ki, onların hər biri nazirlik tərəfindən araşdırılaraq cavablandırılıb. Milli Məclisin iclaslarında da hörmətli deputatlarımız tərəfindən nazirliyin bu sahədə operativ fəaliyyəti daim təqdir olunub.

Tanınmış şəxsin, o cümlədən millət vəkilinin bu və ya digər məsələ ilə bağlı əsası olmayan və təhrif edilmiş fikirlər səsləndirməsi sadəcə təəssüf doğurur”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=171778

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031