ƏHALİYƏ ŞAD XƏBƏR: Azərbaycanda maska məcburiyyəti aradan qaldırılır

25.03.2022 - 18:32

“Artıq bir çox ölkələrdə karantin qaydaları yumşaldılır və məhdudiyyətlər aradan qaldırılır”.

Bunu həkim-infeksionist Mərdan Əliyev deyib. Həkimin sözlərinə görə, Avropanın bir çox ölkəsində, o cümlədən də İngiltərədə artıq yanvar-fevral aylarından bu prosesə başlanılıb və xeyli dərəcədə yumşaldılmalara gedilib:

“Mart ayının ortalarından etibarən Avropanın bəzi ölkələrində maska və peyvənd sertifikatının tələb olunması tamamilə aradan qaldırılır və bunlar tələb olunmayacaq.

Türkiyədə də mart ayının əvvəllərindən artıq maskanın istifadəsi demək olar ki, bütün yerlərdə ləğv olunub. Sadəcə olaraq, insanların çox sıx olduğu marşrut avtobusları kimi yerlərdə maska taxılması qalır. Düşünürəm ki, bizdə də yaxın günlərdə bu məsələyə baxılacaq və bunlar aradan qaldırılacaq. Hesab edirəm ki, artıq maskanın taxılması məsələsi məcburi xarakter olmamalıdır, yəni tövsiyyə xarakterli olmalıdır. İnsanlar var ki, risk qrupuna aiddilər. Yəni yanaşı xəstəlikləri olanlar, imum sistemi zəiflədən dərmanlar istifadə edirlər. Belə xəstələr mütləqdir ki, özlərini qorusunlar və fərdi şəkildə maskadan istifadə etsinlər. Digər yerlərdən maskadan istifadə edilməsi və tələb olunmasına isə ehtiyac qalmır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=172071

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728