Azərbaycanda zorlanaraq hamilə qalan qızla bağlı istintaq yekunlaşıb – RƏSMİ

28.03.2022 - 16:08

İmişli rayonunda hamilə qalan yetkinlik yaşına çatmayan uşaqla bağlı açılan cinayət işindən yeni xəbər var.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 27.10.2021-ci il tarixində İmişli rayon sakini 2010-cu il təvəllüdlü A.N.-nin cinsi zorakılığa məruz qalması faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

Hadisəni törətməkdə şübhəli bilinən M.N.-ə Cinayət Məcəlləsinin 149.3.3 və 150.3.3-cü maddələri ilə yekun ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, ötən il İmişlidə 11 yaşlı qız zorlandıqdan sonra hamilə qalıb. O, qeysəriyyə əməliyyatı edilib və uşaq götürülüb. Ailə doğulan körpədən imtina edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=172252

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031