Bu şəxslərə 1200 manat PUL VERİLƏ BİLƏR – RƏSMİ

29.03.2022 - 16:26

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu həbsdən azadlığa buraxılan məhkumlardan kimlərə birdəfəlik müavinətin verilməsi məsələsinə aydınlıq gətirib.

Cumhuriyyet.az report-a istinadla xəbər verir ki, Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov bildirib ki, bunun üçün şəxsin cəzaçəkmə müəssisəsindən çıxan zaman aldığı arayış əsas götürülür.

Onun sözlərinə görə, həmin sənəd əsasında keçmiş məhkumun sosial adaptasiyaya ehtiyacı olub-olmaması müəyyənləşdirilir.

Filial direktoru qeyd edib ki, adaptasiya müddəti bir il olaraq təyin edilib:

“Həmin müddət ərzində birdəfəlik müavinət almaq üçün müraciət edilə bilər. Əvvəlcə həmin şəxsin adaptasiya müddətinə ehtiyacı olub-olmadığı müəyyən edilir. Buna ehtiyac olması barədə qərar verilsə, o zaman minimum əmək haqqının 4 misli məbləğində, yəni 1200 manat birdəfəlik müavinət təyin oluna bilər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=172297

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930