Sabah yağış, qar yağacaq – PROQNOZ

08.04.2022 - 13:11

Bakıda və Abşeron yarımadasında aprelin 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin gecəyə doğru bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 10-12° isti, gündüz 14-17° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında sabah havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 18-23° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=173109

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728