Baş nazir bu qurumlara 15 gün vaxt verdi – SƏRƏNCAM

09.04.2022 - 11:44

Milli Olimpiya Komitəsinin 30 illiyinə dair tədbirlər planı barədə təkliflər on beş gün müddətində hökumətə təqdim ediləcək.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun “Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin 30 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 mart tarixli 3193 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə imzaladığı sərəncamda qeyd olunub.

Sərəncama əsasən Gənclər və İdman Nazirliyi Milli Olimpiya Komitəsi ilə birlikdə Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, “Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin 30 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 mart tarixli 3193 nömrəli Sərəncamının 1-ci hissəsində nəzərdə tutulan Milli Olimpiya Komitəsinin 30 illiyinə dair tədbirlər planı barədə təkliflərini on beş gün müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Sərəncamın icrası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinə həvalə edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=173187

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930