Bakıda gecə klubunda yaralanan seneqallı qız ölüb? – AÇIQLAMA

11.04.2022 - 14:19

Bakıda gecə klubunda baş vermiş partlayış zamanı yaralanan Seneqal vətəndaşı Sanura Namuda Fatemahın vəfat etdiyi haqda sosial şəbəkələrdə məlumat yayılıb.

AZXEBER.COM məsələ ilə bağlı TƏBİB-lə əlaqə saxlayıb.

TƏBİB-dən bildirilib ki, qızın ölüm xəbəri yalandır, hazırda onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Bildirilib ki, Fatemajın ağciyər kontuziyası, III dərəcəli yanıq xəsarəti ilə özəl tibb müəssisələrinin birində müalicə alır, vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, 1989-cu il təvəllüdlü Fatemah sözügedən klubda rəqqasə kimi fəaliyyət göstərirmiş.

Xatırladaq ki, “Location” gecə klubunda aprelin 3-də partlayış baş verib. Hadisə nəticəsində ümumilikdə 4 nəfər həlak olub, 34 nəfər yaralanıb. Partlayış nəticəsində 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=173266

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728