BNA qurumdakı nöqsanlara aydınlıq gətirdi

12.04.2022 - 18:29

Bakı Nəqliyyat Agentliyinin (BNA) 2020-ci il üzrə təsərrüfat fəaliyyəti Hesablama Palatası tərəfindən audit olunub. 2021-ci ilin fevral ayında başlayan audit yoxlaması zamanı ortaya çıxan məqamlar Hesablama Palatasının tövsiyələri nəzərə alınmaqla həll edilir.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə BNA-nın yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, yoxlama başlayan tarixə qədər dövlət büdcəsinin investisiya xərcləri hesabına alınması planlaşdırılan 415 ədəd avtobusdan 395 ədədi Bakı şəhərinə idxal olunub:

“20 ədəd avtobusun idxalı isə 2021-ci ildə təmin edilib. Avtobusların paytaxta çatdırılması müqavilədə əksini tapan və istehsal prosesi nəzərə alınmaqla hazırlanan cədvələ uyğun olaraq icra edilib. Pandemiya, eləcə də digər mövcud reallıqlardan irəli gələn təsirlərə baxmayaraq, avtobusların çatıdırılma prosesi ləngimədən həyata keçirilib. 415 ədəd avtobusun idxalı tam yekunlaşdıqdan sonra müvafiq dövlət orqanına nizamnamə kapitalının artırılması üçün müraciət olunub”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=173376

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930