Narazı müəllimlərin nəzərinə – Nazirlik məlumat YAYDI
Müddətli müqavilə əsasında çalışan müəllimlərin daimiləşdirilməsi müsabiqəsinin müsahibə mərhələsində uğur qazanmayan namizədlərin apellyasiya müraciətlərinin qəbulu həyata keçirilir.
Təhsil Nazirliyindən Cumhuriyyet.az-a bildirilib ki, apellyasiya müraciətlərinin qəbuluna aprelin 16-da start verilib və proses aprelin 17-si saat 23:59-dək davam edəcək.
Namizədlər şəxsi səhifələrinə daxil olmaqla müvafiq xanaya elektron poçt ünvanlarını yazaraq apellyasiya müsahibələrində iştirak etmək üçün müraciətlərini təsdiqləməlidirlər. Namizədlər elektron poçt ünvanını düzgün qeyd etdiklərinə əmin olmalıdırlar və hazırda aktiv olan elektron poçt ünvanını daxil etməlidirlər.
Qeyd edək ki, apellyasiya müsahibələri “Microsoft Teams” platforması üzərindən təşkil olunacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=173697