Sabahdan maskaya görə cərimə də olmayacaq

30.04.2022 - 15:24

Artıq sabahdan – mayın 1-dən xüsusi karantin rejimi müddətində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən – tibbi maskadan istifadə tələbi ləğv edilir.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat yayıb.

E.Hacıyev xatırladıb ki, bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti qərar qəbul edib.

Azərbaycanda maska tələbi ləğv edildiyinə görə, qapalı məkanlarda maska taxmayan şəxslər cərimələnməyəcək. Buna baxmayaraq, maska taxmaq tövsiyə edilir və istəyən şəxs fərdi qoruyucu vasitələrdən istifadəyə davam edə bilər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=174363

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930