Şəhid Araz Seyfullayevin doğum günüdür

28.05.2022 - 11:20

Şəhid Seyfullayev Araz Elsevər oğlu 28 may 2022-ci il tarixdə doğum günüdür. 

Şəhid Seyfullayev Araz Elsevər oğlu 28 may 2001-ci il tarixdə Masallı rayonu Digah qəsəbəsində anadan olub.

2007-ci ildə Masallı rayonu Digah 4 saylı orta məktəbinin 1-ci sinifinə getmiş 2018-ci ildə həmin məktəbi bitirmişdir.

2019-cu ildə həqiqi hərbi xidmətə çağrılmış, hərbi xidməti xüsusi təyinatlı qüvvələrdə xidmət etmişdir.

4 oktyabr 2020-ci il tarixdə Fizuli Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

8 oktyabr 2020-ci il tarixdə Masallı rayonu, Digah qəsəbəsində  torpağa  əmanət  edilmişdir.

Şəhdimizin anası Günay Seyfullayeva deyir ki, Araz XTQ-yə seçiləndə biz təkid elədik ki, sənin üçün çətin olacaq, Araz isə fikrində qəti idi. Onu çox sorğu-suala tutsaq da, “narahat olmayın, hər şey əladır” deyərdi. Araz hər zaman Vətən sevgisi ilə yaşayıb və torpaqlarımızın işğaldan azad edilməsi onun ən böyük arzularından biri olub. Ona görə də Araz hərbi xidmətdə olduğu dövrdə ancaq döyüş bölgəsində xidmət etmək istəyirdi.

Şəhidin kiçik qardaşı Murad bir neçə aydır ki, daxili qoşunlarda hərbi  xidmətdədir.

Qalib əsgər kimi Vətənə xidmət edən Murad şəhid qardaşı Arazın işğaldan azad etdiyi torpaqları göz bəbəyi kimi qoruyacağına söz verib.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Araz Seyfullayev ölümündən sonra  “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda, Sücaətə görə, Cəsur döyüşçü və Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=175867

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930