Bu evlər şəhid ailələri və qazilərə veriləcək – RƏSMİ

13.06.2022 - 12:35

Bölgələrdə 500-ə yaxın fərdi evin tikintisi yekunlaşmaq üzrədir.

Cumhuriyyet.az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov postmüharibə dövründə şəhid ailələri və müharibə əlillərinin mənzil və avtomobillə, sosial xidmətlərlə təminatı işlərinə dair keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, həmin evlər növbəti mərhələdə şəhid ailələri və qazilərə təqdim ediləcək:

“2022-ci ilin sonuna qədər 1500 şəhid ailəsi və qaziyə 1500-ə qədər mənzil verilməsi nəzərdə tutulub. Həmçinin, 50 qazi və müharibə iştirakçısına avtomobil veriləcək”.

Short URL: http://www.cumhuriyyet.net/?p=176661

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728