Azərbaycandakı işsizlərin SAYI

17.06.2022 - 15:20

2022-ci il iyunun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5325,7 min nəfər olub, onlardan 5012,4 min nəfərini məşğul əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən (DSK) Cumhuriyyet.az-a verilən məlumatda bildirilib ki, cari il mayın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1701,3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 904,0 min nəfər, qeyri-dövlət sektorunda isə 797,3 min nəfər təşkil edib.

İqtisadiyyatın neft-qaz sektorunda 30,9 min nəfər, qeyri neft-qaz sektorunda isə 1670,4 min nəfər çalışıb. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,3 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,3 faizi tikintidə, 7,2 faizi emal sənayesində, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,9 faizi mədənçıxarma sənayesində, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 19,6 faizi təhsil, 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,1 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi istirahət, əyləncə və incəsənət, 1,9 faizi maliyyə və sığorta fəaliyyəti, 1,8 faizi informasiya və rabitə, 1,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 1,0 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=177012

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031