Hamiləliyə və doğuma görə vəsait AZALDILIR

20.06.2022 - 13:12

“Dövlət Sosial Müdafiə Fondunun təklif edilən yeni büdcəsinə görə, hamiləliyə və doğuma görə vəsait 50,0 milyon manatdan 47.1 milyon manatadək azalıb”.

Cumhuriyyet.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə üzvü Vüqar Bayramov deyib. O qeyd edib ki, həmçinin uşağın anadan olmasına görə ayrılan vəsait 20 milyon manatdan 24 milyon manata çatdırılır:

“Bu müsbət məqamdır. 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar xərclər 15,0 milyon manatdan 12.1 milyon manatadək azaldılır. Amma bu 3 istiqamət bir-biri ilə bağlı istiqamətlərdir. Uşağın anadan olmasına görə vəsait artırılırsa, o halda hamiləliyə və doğuma görə ödəniş niyə azaldılır? Uşaqların sayı artırsa, deməli, hamiləlik və doğum sayı da artmalıdır. Bu o deməkdir ki, ölkədə əkiz doğulan uşaqların sayı artıb?! Hamiləlik və doğuşa görə ödənilən vəsaitin və eləcə də uşaqlara qulluğa görə xərcin dürüstləşmiş büdcədə azaldılması səbəblərinin izah edilməsi vacibdir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=177122

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728