Səlim Müslümovun həyat yoldaşının da vəziyyəti ağırdır

20.06.2022 - 16:34

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müalicəsi davam edir.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Unikal”a açıqlamasında sabiq nazirin qardaşı Radim Müslümov məlumat verib.

O, qardaşının vəziyyətinin stabil olaraq qaldığını bildirib:

“Səlimin ürəyinə 3 stent qoyublar. Hələ də xəstəxanadadır. Ev dustaqlığına buraxılsa da, hələ ki, Səlimlə görüşə bilməmişəm. Böyük qardaşı olaraq bir dəfə onunla danışmışam, deyib ki, yaxşıyam. Həkimlər də ciddi bir söz demirlər. Ümumiyyətlə, bizim nəsildə ürək-damar xəstəlikləri geniş yayılıb. Həm atam, həm də anam ürək əməliyyatı keçirib. Bir qardaşımız 23 yaşında olarkən ürək xəstəliyindən vəfat edib”, – deyə R.Müslümov bildirib.

Radim Müslümov həmçinin qardaşı Səlim Müslümovun həyat yoldaşının da ağır xəstə olduğunu deyib:

“Səlimin həyat yoldaşı Nəzakət xanım da bir müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkir. O, hazırda Bakıdadır. Xəstəxanada və yaxud evdə müalicə aldığına dair məlumatım yoxdur”, – deyə o əlavə edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=177143

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930