“Ya istefa ərizəsi…” – Səfər Mehdiyevdən məşhur idmançıya ŞƏRT

28.06.2022 - 23:14

Dövlət Gömrük Xidmətinin rəisi Səfər Mehdiyev bu qurumda çalışan məşhur karateçi Rəfael Ağayevin qarşısında şərt qoyub.

Cumhuriyyet.az  Gununsesi.info-ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətində Döyüş və fiziki hazırlığın təşkili şöbəsinin rəisi təyin edilən Rəfael Ağayev uzun müddətdir ki, işə getmədən bu vəzifəni icra edirmiş.

Onun işə gəlməməsinə Səfər Mehdiyev idmançının gündəlik məşqlərinə görə göz yumub.

Son zamanlar hökumət daxilindən təzyiqlərə tuş gələn Səfər Mehdiyev, Rəfael Ağayev başda olmaqla işə çıxmayan hər kəsin qarşısında “Ya iş, ya da istefa ərizəsi” şərtini qoyub.

Bu barədə saytı bilgiləndirən mənbənin iddiasına görə, hazırda Gömrük Komitəsində adı işdə keçən, amma işə gəlməyən 100-ə yaxın əməkdaş var.

Onların əksəriyyəti yüksək vəzifəli şəxslərin övladları və yaxınlarıdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=177626

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728