Şəhid anasını aldadıb 11 min manatını aldılar – FOTO

29.06.2022 - 14:04


Vətən Müharibəsi şəhidi Murad Kəlbiyevin anası Rübabə Kəlbiyevaya qarşı dələduzluq əməli törədilib.

Cumhuriyyet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı şəhər sakini İlham Abdullayev şəhid anasını aldadaraq 11 min manatını ələ keçirməkdə ittiham edilir. Belə ki, o, R.Kəlbiyevaya vəd verib ki, oğlu Muradın adını yaşadıqları Qusar rayon Cibir kənd orta məktəbinə verdirəcək. İlham Abdullayev pulu şəhid anasından iki dəfəyə alıb.

Onun dələduzluq əməli ilə bağlı Qusar Rayon Prokurorluğunda cinayət işi başlanıb və baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İ.Abdullayev hazırki cinayət işi üzrə başqa şəxslərin də pullarını mənimsəməkdə təqsirləndirilir. Belə ki, o, bir neçə Qusar sakinindən Rəqəmsal İnkişaf və Nəqliyyat, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin nəzdindəki qurumlara işə düzəltmək adı ilə pul alıb. Onun sakinlərə vurduğu ümumi ziyanın məbləğinin 36 min manat olduğu bildirilir.

Qeyd edək ki, Murad Kəlbiyev Vətən Müharibəsi zamanı, oktyabrın 6-da Füzuli döyüşlərində şəhid olub. Ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=177699

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Avqust 2022
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031