Nazirlikdən növbəti XƏBƏRDARLIQ:44 dərəcə isti olacaq

16.07.2022 - 12:04

Bakıda və Abşeron yarımadasında iyul ayının ikinci ongünlüyünün sonunadək isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 34-38°, bəzi yerlərdə 40°-dək yüksələcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Cumhuriyyet.az verilən məlumata görə, şimal-qərb küləyi 17-si axşamdan 21-i gündüzədək 15-18 m/s, arabir 20-23 m/s, 20-21-də yarımadanın bəzi yerlərində arabir 25 m/s olacaq.

Azərbaycanın rayonlarında iyul ayının ikinci ongünlüyünün sonunadək bəzi rayonlarda isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 37-40°, bəzi yerlərdə 42-44°, dağlarda 30-33°-dək yüksələcəyi gözlənilir.

Qərb küləyi arabir 15-18 m/s, 17-si axşamdan 21-i gündüzədək ayrı-ayrı yerlərdə arabir 20-25 m/s olacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=178608

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728