Şagirdin döyülməsinə şərait yaradan lisey direktoru da CƏZALANDIRILACAQ

18.07.2022 - 20:02

Lənkəran Rayon Prokurorluğu məktəblinin döyülməsi ilə bağlı V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərova barəsində tədbir görülməsi üçün Lənkəran-Astara Regional Təhsil İdarəsinə müvafiq təqdimat göndərib.

Cumhuriyyet.az xəbər verir ki, bu, Baş Prokurorluğun yaydığı məlumatda qeyd olunub.

Xatırladaq ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Rasilə Arifqızı iyulun 14-də həmin təhsil müəssisəsinin şagirdi Günel Əliyevanı (şərti olaraq) öz xidməti sürücüsü vasitəsilə attestat verilməsi bəhanəsi ilə yaşadığı evə gətizdirib, bundan sonra məktəbin direktoru Yeganə Əskərovanın da iştirakı ilə vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan G.Əliyevanın iradəsinə zidd olaraq mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurub.

Faktla bağlı cinayət işi başlanılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=178799

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728