Gözdən əlillər nazirliyin qarşısında aksiya keçirdilər – FOTOLAR

19.07.2022 - 16:52

“Bu gün bir neçə gözdən əlilliyi olan şəxs növbəti dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına gələrək mənzil təminatı ilə bağlı müraciətlərini ediblər. Aidiyyəti rəhbər şəxslər onları qarşılayıb qəbula dəvət etsələr də, həmin şəxslər bundan imtina ediblər”.

Cumhuriyyet.az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov sosial şəbəkə hesabında məlumat paylaşıb.

O qeyd edib ki, hər birinin müraciəti araşdırılıb. Müəyyən olunub ki, gələnlərin bir çoxunun mənzil təminatı həyata keçirilib.

“Mənzillə təmin olunmaq hüququ yaranmayan şəxslərə isə aidiyyəti üzrə müraciət etmələri tövsiyə olunub. Həmçinin mənzil növbəsində olanlara isə növbəti dəfə Abşeron rayonunda yeni yaşayış kompleksindən mənzillər təklif olunsa da, onlar Bakı şəhərinin digər rayonlarından mənzil tələbi irəli sürüblər. Onlara bildirilib ki, bu məsələyə də yalnız növbəlilik qaydasında baxılacaq. Müraciət edənlər sırasında I qrup gözdən əlilliyi olan Nuranə Cabbarlının anası Aygün Cabbarova aqressiv şəkildə, etik normalardan kənar davranışları ilə seçilib. O, əməkdaşları təhqir edib, asayişi pozmaq üçün bir neçə dəfə cəhdlər edib” – o bildirib.

Qurum rəsmisi qeyd edib ki, Aygün Cabbarovanın ailəsinə nazirlik xətti ilə kifayət qədər dəstək göstərilib.

“Özü qulluğa görə aylıq olaraq təqaüd alır. Həyat yoldaşı Cəbi Cabbarov Qarabağ əlili kimi 657 manat, Qızı Nuranə aylıq olaraq 458 manat sosial ödənişlərlə (pensiya və təqaüd) təmin edilib. Həmçinin müharibə əlili olan Cəbi Cabbarova 2021-ci ildə nazirliyin dəstəyi ilə sosial tərəfdaş vasitəsilə Mingəçevir şəhərində 3 otaqlı tam təmirli mənzil hədiyyə edilib. Əlavə olaraq, 2020-2021-ci illərdə ailəyə birdəfəlik maddi yardımlar edilib. O, hazırda “Azəriqaz” İB-də çalışır, əmək haqqı 988 manatdır” – deyə o qeyd edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=178897

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031