Səlim Müslümov yenidən hakim qarşısına ÇIXARILIR

20.07.2022 - 10:36

Külli miqdarda rüşvət alma və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə həbs edilən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla bağlı istintaq yekunlaşıb.

Cumhuriyyet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Faiq Qəniyevin icraatına verilib. Zərərçəkmiş qismində Maliyyə Nazirliyi tanınıb. Həlilik məhkəmənin hazırlıq iclasının vaxtı bəlli deyil.

 

Qeyd edək ki, S.Müslümov ötən ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla saxlanılıb. Sabiq nazirə Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan olunub. İstintaq müddətində barəsində həbs qətimkan tədbiri seçilib. Səlim Müslümov 1 il 3 ay həbsdə qaldıqdan sonra səhhətindəki problemlərlə bağlı olaraq bu ilin mayında ev dustaqlığına buraxılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=178932

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930