Son sutkada vurulan vaksinlərin sayı açıqlandı
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 210 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Cumhuriyyet.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 417, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 113, üç və daha çox doza vaksin vurduranların sayı 1 416, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 800 702, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 363 408, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 856 833, üç və daha çox doza vaksin vurduranların sayı 3 327 959, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 252 502 təşkil edir.
Short URL: http://www.cumhuriyyet.net/?p=179235