Onkoloji xəstələrə bu halda pensiya təyin olunacaq – RƏSMİ

26.07.2022 - 12:44

Onkoloji xəstəliklə bağlı əmək qabiliyyətinin itirilmə faizi səhiyyə müəssisələri tərəfindən göndəriş əsasında müəyyən olunur.

Cumhuriyyet.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov bildirib.

DSMF rəsmisinin sözlərinə görə, hərbi qulluqçular istisna olmaqla, digərlərinə pensiya xəstəliyin və əlilliyin səbəbindən asılı olmayaraq, yalnız əmək qabiliyyətinin itirilmə faizlərinə uyğun staj və kapital tələbi varsa, təyin edilir:

“Xəstəlik əlillik dərəcəsinə gətirib çıxararsa, o halda qanunvericilikdə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq pensiya təyin olunur. Yəni 81 %-dən 100%-ə qədər əmək qabiliyyətinin itirilməsi müəyyən olunmuş şəxslərə pensiya təyin olunması üçün azı 5 il staj, bu halda şəxsin yaşı 30-dan çoxdursa, əlavə 4 ay staj tələb olunur. 31%-dən 80 %-ə qədər əmək qabiliyyətinin itirilməsi müəyyən olunmuş şəxslərə pensiya təyin olunması üçün isə azı 5 il staj, bu halda şəxsin yaşı 30-dan çoxdursa, əlavə 4 ay staj tələbi və əlavə pensiya kapitalı tələb olunur”.

Qeyd edək ki, “Onkoloji yardım haqqında” Qanuna edilən dəyişikliyə əsasən, artıq əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş onkoloji xəstələrin də əmək pensiyası almaq hüququ var.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=179448

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031