Maska taxın, özünüzü qoruyun! – TƏBİB-dən ÇAĞIRIŞ

28.07.2022 - 11:38

Son aylar bütün dünyada COVID-19 virusuna yoluxma hallarında ciddi artım var. Mövcud vəziyyət bizim ölkəmizə də təsirsiz ötüşmədi. Azərbaycanda son həftələrdə yoluxma hallarında ciddi artım müşahidə edirik. Hazırda ölkəmizdə təşvişə səbəb olacaq vəziyyət yoxdur.

Cumhuriyyet.az xəbər verir ki, bu sözləri TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, epidemioloji vəziyyət sabitdir və nəzarət altındadır. TƏBİB rəsmisi qeyd edib ki, buna baxmayaraq, risk qrupuna aid olan şəxslər özlərini qorumalıdır.

“Qapalı məkanlarda, kütləvi insanların toplandığı yerlərdə maskadan istifadə edilməsini, məsafənin saxlanılmasını və əl gigiyenasına əməl edilməsini tövsiyə edirik. Eyni zamanda koronavirusa qarşı 3-cü doza peyvənd vaxtları gələn şəxslərin payız ayları öncəsi vaksin vurdurması vacibdir” – Yaqut Qarayeva vurğulayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=179568

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728