Azərbaycanda buna görə kompensasiya ödəniləcək – VİDEO

01.08.2022 - 13:15

Azərbaycanda investorlar üçün şəffaf mühit yaradılır. Ölkəyə xarici investorların cəlb edilməsi və onlar üçün daha əlverişli mühitin yaradılması məqsədilə yeni hüquqi baza formalaşdırılıb. Ölkə başçısı tərəfindən “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyanın qorunması haqqında” qanunların əsasında yeni “İnvestisiya fəaliyyəti haqqında” qanun təsdiq edilib.

Cumhuriyyet.az məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib ki, “İnvestisiya fəaliyyəti haqqında” qanun ilə dövlət tərəfindən investorların hüquqlarının qorunmasına təminat verilir, investorlara və onların investisiyalarına qarşı əsassız və ayrı-seçkilik yaradan münasibət, hədə-qorxu, təqib və zorakılıq qadağan edilir.

Qanun xarici investisiyaların cəlb edilməsinə, ümumilikdə investisiya üçün əlverişli mühitin formalaşdırılmasına dəstək xarakteri daşıyır. Qanun həmçinin milliləşdirmə və investisiyanın dövlət tərəfindən alınmasına qarşı təminat qaydasını da müəyyənləşdirir.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 4 milyard 795 milyon 271 min dollar təşkil edib. Bu rəqəmin bu il daha da artacağı gözlənir.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=179852

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930