Qadın imam və imam müavini ola bilməz – RƏSMİ

02.08.2022 - 10:23

“İslam dininə aid ibadət yerləri üzrə (məscidlər) elan olunmuş 39 vakant vəzifə içərisində qadın dini ayinlərin icraçısı vakansiyası yoxdur. Ancaq növbəti vakansiya elan edilən zaman bunun da olmasını nəzərdə tuturuq”.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, budəfəki elan olunmuş vakansiyalar ancaq imam və imam müavinləri üçün nəzərdə tutulub:

“İmam və imam müavini qadınlar üçün nəzərdə tutulan bir vəzifə deyil. Şəriətə görə qadın imam və imam müavini ola bilməz. Burada söhbət yalnız qadın dini ayinlərin icraçısından gedir. Onların fəaliyyəti isə yalnız qadınlara yönəlik fəaliyyətdir”.

Qeyd edək ki, bu gündən Azərbaycanın İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün müsahibə başlayıb. Müsahibə Azərbaycan İlahiyyat İnstitutunun binasında təşkil olunub və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaratdığı komissiya tərəfindən aparılır.

Müsahibəyə sənəd qəbulu bu il mayın 24-dən iyunun 24-dək aparılıb. Ümumilikdə 39 vakant vəzifənin tutulması üçün 270 namizədin sənədi qeydə alınıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=179902

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728