“Facebook”dan çıxıb başqa sayta keçənlərin DİQQƏTİNƏ! – Sizi izləyirlər

13.08.2022 - 12:35

“Meta” “Facebook” və “Instagram”a quraşdırılmış brauzerdən istifadə edərək istifadəçilərini izləyir.

Cumhuriyyet.az The Guardian-a istinadən xəbər verir ki, bu barədə kibertəhlükəsizlik üzrə amerikalı mütəxəssis Feliks Krauze bildirib.

Məsələ burasındadır ki, istifadəçi yuxarıda göstərilən sosial şəbəkələrdən kənar keçidləri izləməyə çalışdıqda saytlar “Meta” tərəfindən idarə olunan daxili brauzerdə açılır. Sonra, brauzer sayt səhifəsinə kod əlavə edir. Bu kod istifadəçinin bütün fəaliyyətini (linklərə kliklər, mətni seçmək, skrinşotlar çəkmək), hətta login və parollarını qeydiyyata götürür.

“Meta” kənar kodun əlavə edilməsi faktını inkar etməyib, lakin əlavə edib ki, toplanmış məlumatlar yalnız istifadəçiyə ünvanlanmış konkret reklamı seçmək üçün istifadə olunur, həmçinin istifadəçi digər internet səhifələrində öz hərəkətlərini izlənməsindən imtina edə bilər.

O da qeyd olunur ki, “Meta”nın sahibi olduğu “WhatsApp” mesencerində brauzer müşahidə aparmır.

Short URL: http://www.cumhuriyyet.net/?p=180614

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930