FHN əməkdaşlarının intim videoları ilə bağlı araşdırmalara BAŞLANILDI – RƏSMİ

17.08.2022 - 11:11

Baş Prokurorluq Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının intim videoları ilə bağlı məlumat yayıb.

Qurumun Mətbuat Xidmətindən Cumhuriyyet.az-a bildirilib ki, bir sıra media və sosial şəbəkə səhifələrində FHN-in bir neçə əməkdaşının intim xarakterli video və fotoları yayılıb.

Qeyd edilən və digər oxşar məzmunlu faktlarla bağlı hazırda Baş Prokurorluq tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq araşdırmalara başlanılaraq aidiyyəti dövlət qurumlarına müvafiq sorğular verilməklə zəruri prosessual hərəkətlər yerinə yetirilir.

Araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.

“Azərbaycan Baş Prokurorluğu bir daha sosial şəbəkə istifadəçiləri və media nümayəndələrinə müraciət edərək, bu qəbildən olan həssas mövzularla bağlı etik və qanunvericilik normalarına riayət edilməsinə, insanların şərəf və ləyaqətini alçaldan ifadələrə yol verməməyə çağırır”, – məlumatda qeyd edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=180760

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728