“ANA & BALA-5” Sağlamlıq Yay Düşərgəsi keçirilib

30.08.2022 - 12:14

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının təşkilatçılığı ilə 27-29 avqust 2022-ci il tarixində “ANA & BALA-5” Sağlamlıq Yay Düşərgəsi keçirilib.

Cumhuriyyet.az xəbər verir ki, ilk olaraq Assosiasiyanın sədri Ayaz Hüseynov açılış çıxışında düşərgə daxiliri qanın laxtalanma pozğunluğu ilə bağlı bilgilərin artırılması və Hemofiliya Məktəbi çərçivəsində təlimlərin vacibliyini xüsusən vurğulamışdır.

Təmilər məhs damardaxili inyeksiyadan başlanıldı. Qanın laxtalanma pozğunluğundan əziyyət çəkən uşaqların sağlamlığının qorunması üçün valideynlərin damar daxili inyeksiya etmək bacarıqları çox vacibdir. Bununla istənilən zaman valideyn təxirə salınmaz təcili yardım üçün öz övladına inyeksiya edə biləcək və ağırlaşmaların qarşısını almış olacaq.
Damar daxili inyeksiyanın təlimçisi Respublika Kliniki Xəstəxanasının hematologiya şöbəsində 45 il təcrübəsi olan tibb bacısı Sonaver xanım Məhərrəmova olmuşdur.

Bundan başqa düşərgə daxili psixoloq Təhminə Rüstəmova tərəfindən valideynərlə təlimləri keçirilmişdir. Təlimin məqsədi valideynləri maarifləndirmək, ovladları ilə bağlı probləmləri müzakirə etmək, habelə ovladları ilə ünsiyyətdə yaranan çətinliklərin həlli yollarını analiz etmək və valideynlərə dəstək olaraq motivasiyalarını artırmaq olmuşdur.Valideynlər ilə psixoloji treninq keçirildi. Təlimin məqsədi valideynləri maarifləndirmək, ovladları ilə bağlı probləmləri müzakirə etmək, ovladları ilə ünsiyyətdə yaranan çətinliklərin həll yollarını analiz etmək, valideynlərə dəstək olmaq, motivasiyalarını artırmaq olmuşdur. Bununla paralel Uşaqlar üçün psixoloji müayinə keçirildi, uşaqların psixoloji durumları dəyənləndirildi, valideynlərə uşaqlar ilə bağli məsləhətlər verildi.

“Ana & Bala-5” yay sağlamlıq Hemofiliya Məktəbində fizioterapiyaya xüsusi yer verilmişdir. Belə ki, təlimdə hemofiliyanın verdiyi fəsadlar arasında oynaq daxili hematomalar, hemartrozlar və kontrakturaların aradan qaldırılmasında fizioterapiyanın faydaları və sosial aspektləri haqqında Respublika Kliniki Xəstəxanasının Fizioterapiya şöbəsinin müdiri Dr. Yeganə Əzizova məruzə etmişdir. Bununla bərabər Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının İcraçı Direktoru Gülnarə Hüseynova Fizioterapiyanın təkmilləşdirilməsi və əlçatanlığı sahəsində Assosiasiyanın fəaliyyəti və gələcəyə olan planlar barədə çıxış edərək vurğulamışdır. Təlimlərin sonunda müayinələr keçirilmişdir.

Saglamlıq Yay Düşərgəsi daxili Hemofiliya Məktəbində stomatoloq Dr. Aybəniz Şahmuradova tərəfindən stomatoloji təlim və müayinələr keçirildi. Qanın laxtalanma pozğunluğu ilə olan pasientlərin ağız boşluğunun sağlam olması bir çox səhətdə olan ağırlaşmaların qarşısını alımış olur və dövlət tərəfindən təmənnasız təmin edilən laxtalandırıcı dərman preparatlarına qənaətə gətirib çıxarır.

İlk dəfə olaraq Hemofiliya Məktəbində pediatr Dr. Təranə Cəlilova tərəfindən “Hemofiliya və somatik xəstəliklər mövzusunda” təlim keçirildi. Qanın laxtalanma pozğunluğu ilə olan pasientlərin somatik xəstəliklərin müalicəsində nələrə diqqət edilməsi və dərman seçimi barədə ətraflı məlumat verilmişdir. Təlimlər valideynlər tərəfindən sual cavab ilə davam etmişdir.

Hemofiliya Məktəbində Türkiyədə ixtisaslaşdırılmış kurslarda oldu üçün onlayn formatda hematoloq Dr. Sevil Cəlilova tərəfindən “Trombositopatiyalar və digər laxtalanma pozğunluqları” mövzusunda təlim keçirildi. Müxtəlif diaqnozlarla olan qanın laxtalanma pozğunluğunun simptomatikası və müalicəsi haqda iştirakçılara ətraflı məlumat verildi.

“ANA & BALA-5” Sağlamlıq Yay Düşərgəsinin növbəti qonaqları TƏBİB-in Tibbi Xidmətlərin Təşkili departamentinin əməkdaşları Dr. Romella Osmanova və Dr. Səkinə Əzizli olmuşlar. Dr. Romella Osmanlı valideynləri və uşaqları salamlayaraq Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının fəaliyyətinin və rolunun vacibliyini qeyd etdi və keçirilən ANA & BALA proqramının dünyanın heç bir yerində rast gəlmədiyini bildirdi. Daha sonra sağlamlıq Yay düşərgəsi daxili Hemofiliya Məktəbində keçirilən seminar iştirakçılarına sertifikatlar təqdim edildi.
Məqsədimiz, biliklərimizi paylaşaraq uşaqların sağlamlığını qorumaqdır!

 

 

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=181046

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031