Diqqətli olun! – Yol polisindən XƏBƏRDARLIQ

05.09.2022 - 12:33

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yorğun, yuxusuz və səhhətində problem olan vaxt avtomobil idarə edən sürücülərə müraciət edib.

 

Qurumdan Cumhuriyyet.az-a verilən məlumatda deyilir ki, yay mövsümü ilə əlaqədar avtomobil yollarında artan hərəkət intensivliyi fonunda baş verən yol-nəqliyyat hadisələrinin təhlil edilir.

 

Təhlillər deməyə əsas verir ki, hələ də sürücülər arasında yorğun, yuxusuz, hətta səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən şəxslərə rast gəlinir:

 

“Müşahidələr göstəriri ki, iş və istirahət rejiminə əməl etməyən, fasiləsiz nəqliyyat vasitəsi idarə etdikdən sonra günün qaranlıq vaxtı və ya məhdudiyyətli görünmə şəraitində yenidən sükan arxasına əyləşən sürücü artıq potensial təhlükə mənbəyidir.

 

Təəssüf ki, bu kimi neqativ faktlar daha çox sərnişin və yük daşıma fəaliyyəti ilə məşğul olan sürücülər arasında müşahidə olunur ki, bu da son nəticədə ağır və bir çox hallarda bərpa olunmayan maddi-mənəvi itkilərə yol açır, arzuolunmaz nəticələr yaradır”.

 

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, səfərə çıxmazdan əvvəl ilk növbədə avtomobilinizin texniki vəziyyətinə diqqət yetirin, hərəkət zamanı təhlükəsizlik kəmərini taxın və sərnişinlərin də bu vacib qaydaya əməl etmələrinə nail olun:

“Yuxusuz, yorğun, əzgin halda sükün arxasına əyləşməyin, sərxoşluq yaradan vasitələrin istifadəsindən qətiyyətlə imtina edin.

Yol və hava şəraitini, hərəkət intensivliyini düzgün qiymətləndirin, yolboyu ötmə, manevretmə qaydalarına, sürət rejiminə əməl edin. Uzaq məsafə qət ediləcəyi təqdirdə, mütləq 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra avtomobilinizi saxlayıb qısa müddətli istirahət edin. Bunun üçün DYP-nin respublika əhəmiyyətli avtomobil yollarında yerləşən stasionar postlarında yaradılmış şəraitdən istifadə edə bilərsiniz”.

Short URL: http://www.cumhuriyyet.net/?p=181470

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031