Şəhid Nəzər bu gün oğlunu I sinfə aparacaqdı

15.09.2022 - 11:27

Bu gündən Azərbayanda yeni tədris ilinə start verilib.

 

Cumhuriyyet.az xəbər verir ki, bu il ilk dəfə məktəbə ayaq basan 152 minə yaxın şagirdin arasında Şəhid övladları da var.

 

Onlardan biri də Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin ötən gün şəhid olan giziri 31 yaşlı Nəzər Əzizovun oğlu Uğur Əzizovdur.

 

Bu barədə məlumat paylaşan jurnalist Hafiz Əhmədov aşağıdakıları qeyd edib:

 

“Bu gün o da birinci sinfə getməli idi. Bilmirəm, getdimi, getmədimi? Kimsə kədərdən, yasdan vaxt tapıb onu əlindən tutub məktəbə apardımı, aparmadımı? Bilmirəm… Tək bildiyim budur ki, atası günlər öncə onu bazara aparıb məktəbli forması almışdı. Əynindəki bu ağ köynəyi də bu gün məktəbə geyinməli idi. Atası almışdı. Atası onu bərbərə aparıb saçlarını da düzəltdirmişdi. Bu gün atasının əlindən tutub məktəbə ilk addımını atacaqdı, birinci sinfə qədəm qoyacaqdı. Amma ötən gün atası ilə əbədi olaraq vidalaşdı. Atasını torpağa əmanət edən Uğur bala “Mən Nəzərin igid balasıyam. Mən atamla fəxr edirəm”, – deyib”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=181938

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930