Tibbi sığortadan sonra müraciətlər kəskin artıb – Agentlik

28.09.2022 - 12:50

İcbari tibbi sığortanın hədəflədiyi istiqamətlərdən biri də əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini və əlçatanlığını artırmaqdır.

 

Cumhuriyyet.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli bildirib.

 

Onun sözlərinə görə, keyfiyyətli tibbi xidmətin göstərilməsi səhiyyə infrastrukturu və kadr təminatı ilə bağlıdır:

 

“Ölkə başçısının tapşırğı ilə Quba ilə yanaşı respublikanın digər bölgələrində də müasir, yeni avadanlıqlarla təchiz edilmiş xəstəxanalar inşa olunub və ya əsaslı şəkildə təmir edilib. Sevindirici haldır ki, Quba Rayon Mərkəzi Xəstəxanasında yaradılan bu şərait, yüksək ixtisaslı kadrların olması şimal bölgəsinin əhalisinə icbari tibbi sığorta çərçivəsində keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə imkan verir”.

 

H.İbrahimlinin sözlərinə görə, Quba rayonunda icbari tibbi sığorta sistemi tətbiq olunmağa başlayandan sonra müraciətlərin sayı kəskin artıb:

 

“Əvvəlki illərlə müqayisədə müraciətlərin sayı bir neçə dəfə artıb. Məsələn, 2019-cu ildə ambulator tibbi xidmət üçün 44 810 müraciət daxil olmuşdusa, 2020-ci ildə müraciətlərin sayı 147 903-ə yüksəlib. Son 3 il ərzində xəstəxanaya 470 045 müraciət daxil olub. Müraciətlər üzrə 1 474 148 ambulator, 47 241 stasionar xidmət göstərilib. Son 3 il ərzində 14 211 cərrahi əməliyyat icra olunub”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=182713

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031